Milli Məclisin komitəsi Azərbaycanda sahibkarlığın inkişafı və yerli istehsalın qorunmasını nəzərdə tutan layihəni təsdiqləyib

Milli Məclisin komitəsi Azərbaycanda sahibkarlığın inkişafı və yerli istehsalın qorunmasını nəzərdə tutan layihəni təsdiqləyib Nazir müavini: "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihədə 3 qrup tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub
İnfrastruktur
9 Fevral , 2016 12:00
Milli Məclisin komitəsi Azərbaycanda sahibkarlığın inkişafı və yerli istehsalın qorunmasını nəzərdə tutan layihəni təsdiqləyib

Bakı. 9 fevral. REPORT.AZ/ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

"Report" xəbər verir ki, layihə barədə komitə sədri Ziyad Səmədzadə məlumat verib.

Onun sözlərinə görə, layihə beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanıb: "Layihə Azərbaycanda sahibkarlığın inkişafı, yerli istehsal və bazarın qorunması üçün mühüm əhəmiyyət kəsb edir. Layihənin hazırlanmasında beynəlxalq təcrübədən geniş istifadə olunub. Sənəd bir sıra sazişlər və konvensiyaların müddəaları əsasənda hazırlanıb. Əsas məqsəd müxtəlif ölkələrdən Azərbaycana idxal olunan dempinqli subsidiyalaşdırılmış idxalın qarışısında müvafiq tədbirlərin görülməsidir".

Parlament komitəsində keçirilən müzakirələrdə iştirak edən edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, qanun layihəsində 3 qrup tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub: "Layihədə antidempinq, kompensasiya və müahafizə tədbirləri yer alıb. Bu tədbirlər Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ölkədə həyata keçirilən istehsalat proseslərinin və məhsulların qorunmasına yönəlib. Tədbirlər dempinqli, subsidiyalaşdırılmış idxalın ölkə bazarına təsirini azaltmaq, minimallaşdırmaq üçün nəzərdə tutulub. Qanun layihəsi qəbul olunandan sonra müvafiq araşdırma orqanı tərəfindən məhsulların idxalı ilə bağlı araşdırmalar aparılacaq".

Nazir müavini əlavə edib ki, hansısa məhsulun idxalının dempinqli olduğu ortaya çıxarsa və ya hər hansı məhsulun idxalının sürətli şəkildə artımının yerli istehsala vurduğu ziyan müəyyənləşdirilərsə, beynəlxalq təcrübə ilə müəyyən edilmiş meyarlar əsasında müvafiq rüsumlar tətbiq olunacaq və digər tədbirlər görüləcək: "Burada hansısa malın idxalının qadağan olunmasından söhbət getmir. Məhz dempinqli idxal zamanı yerli istehsala vurulacaq zərərin qarşısının alınmasın söhbət gedir".

Nazir müavini vurğulayıb ki, araşdırma orqanı kompensasiya, dempinq, anti-dempiq rüsumları ilə bağlı hökumətə müvafiq təkliflər təqdim edəcək və təsdiq olunduqdan sonra qüvvəyə minəcək: “Hər hansı məsulun xarici bazarda satış qiymətinin daha yüksək olduğu, lakin dempinq tətbiq olunaraq Azərbaycana aşağı qiymətlə idxal edildiyi müəyyən edilərsə, antidempinq üsulu tətbiq olunacaq. Xarici ölkədə hansısa məhsula xüsusi subsidiyalar tətbiq olunubsa və onların ölkəyə daxil olunması zamanı qiymət prioritetinin pozulması baş verərəsə, kompensasiya tədbirləri tətbiq olunacaq. Mühafizə tədbirləri isə hansısa bir məhsulun kəskin idxal artımı nəticəsində ölkə daxilində istehsalata vurulan ziyanın qarşısı alınması üçün görüləcək. Tətbiq olunan tədbirlər və rüsumlar hər bir halda dempinq, kompensasiya və subsidiyanın məbləğinə bərabər şəkildə müəyyən ediləcək".

İclasda, həmçinin "Lisenziyalar və icazələrin verilmsəi haqqında" qanun layihəsinə də baxılıb.

Hər iki layihə müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

Son xəbərlər

Orphus sistemi