Bakı. 4 iyul. REPORT.AZ/ Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi çərçivəsində özəl investorların müsabiqə yolu ilə dövlət-özəl tərəfdaşlığına cəlb edilməsi təmin edilib.
“Report” bu barədə agentliyə istinadən xəbər verir.
Agentliyin tabeliyində olan “MİDA” MMC tərəfindən vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 3 yaşayış binasının (iki ədəd 12 mərtəbəli 1 bloklu və bir ədəd 9 mərtəbəli 2 bloklu) tikintisi üzrə, habelə ərazidə rabitə, televiziya və internet xətlərinin çəkilməsi və bu sahədə sakinlərə xidmətlərin göstərilməsi üzrə cari ilin iyun ayında elan olunmuş investisiya müsabiqələrinin iştirakçılarının təkliflərinin qiymətləndirilməsi prosesi başa çatdırılıb.
Təqdim olunmuş investisiya təkliflərinin dəyərləndirilməsi nəticəsində Yasamal Yaşayış Kompleksi ərazisində 3 ədəd çoxmərtəbəli yaşayış binasının tikintisi üzrə birinci investisiya müsabiqəsinin qalibi “KAT Holding” MMC (
Yasamal Yaşayış Kompleksi ərazisində telefon, televiziya və internet xətlərinin çəkilməsi və sakinlərə müvafiq xidmətlərin göstərilməsi üzrə keçirilmiş ikinci investisiya müsabiqəsinin iştirakçılarının təqdim etdiyi təkliflərin dəyərləndirilməsi nəticəsində “ENGİNET” MMC (