Mərkəzi Qan Bankı Bakı Nəqliyyat Agentliyinə təşəkkür edib

Mərkəzi Qan Bankı Bakı Nəqliyyat Agentliyinə təşəkkür edib Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı qan donorluğunda fəal iştirakına görə Bakı Nəqliyyat Agentliyinə (BNA) təşəkkürnamə təqdim edib.
İnfrastruktur
13 İyun , 2020 12:52
Mərkəzi Qan Bankı Bakı Nəqliyyat Agentliyinə təşəkkür edib

Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı qan donorluğunda fəal iştirakına görə Bakı Nəqliyyat Agentliyinə (BNA) təşəkkürnamə təqdim edib.

Bu barədə “Report”a Agentlikdən məlumat verilib.

Bildirilib ki, Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova qana ehtiyacı olan insanlara dəstək olub həyat xilas etdiklərinə görə BNA-nın kollektivinə minnətdarlığını bildirib, Agentliyin Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə qoşularaq könüllü qanvermə aksiyasında iştirak etməsinin əhəmiyyətini vurğulayıb. 

BNA sosial məsuliyyət layihələri çərçivəsində bir neçə dəfə belə xeyirxah aksiyaları dəstəkləməyə davam edəcək. 

Son xəbərlər

Orphus sistemi