Lökbatan-Qobu avtomobil yolunun yenidən qurulması yekunlaşır - VİDEO

Lökbatan-Qobu avtomobil yolunun yenidən qurulması yekunlaşır - VİDEO Yol IV texniki dərəcəyə uyğun yenidən qurulur
İnfrastruktur
19 Aprel , 2017 11:59
Lökbatan-Qobu avtomobil yolunun yenidən qurulması yekunlaşır - VİDEO
Azeravtoyol.gov.az

Bakı. 19 aprel. REPORT.AZ/ Bakı şəhəri, Qaradağ rayonu Lökbatan-Qobu avtomobil yolunda aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir. "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, yol uzun müddət təmir edilmədiyindən asfalt-beton örtükdə dağılmış və qabarmış hissələr yaranmışdır. Bu isə xüsusən payız-qış mövsümündə gediş-gəlişi xeyli çətinləşdirirdi.

"Lökbatan-Qobu avtomobil yolunun uzunluğu 7,2 km-dir. Layihəyə əsasən, yol IV texniki dərəcəyə uyğun yenidən qurulur. Tikinti işləri çərçivəsində yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə karbonat materialı tökülərək kipləşdirilib və 10 m enində yeni torpaq yatağı inşa olunub. Daha sonra isə qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yeni yol əsasının tikintisiişləri aparılıb. Hazırda yola ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə 50 min kv.m ərazinin asfaltlanması planlaşdırılır. Layihəyə uyğun olaraq yolun hərəkət hissəsinin eni bərkidici zolaqlarla birgə 7 m təşkil edir. Hər bir istiqamət üzrə 1,5 m enində çiyinlərin tikintisi işləri də görülüb. Bundan başqa, yolun 1,6-2-ci km-lik hissəsində 450 m uzunluğunda istinad divarları inşa olunub.

Yolun altından suların ötürülməsi üçün 3 yerdə 1 200 mm diametrində borulardan istifadə edilməklə və ümumi uzunluğu 36 m olan dəmir-beton su keçidlərinin, həmçinin 2 yerdə 500 mm diametrində dəmir borulardan istifadə edilməklə suötürücü boruların tikintisi işləri də aparılıb. Yolda tikinti işləri tam olaraq bitdikdən sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün piyada zolaqlarının, yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılacaq, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, sözügedən yolun tikintisi ilə 2 yaşayış məntəqəsinin 47 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, Qobu qəsəbəsində məcburi köçkünlər üçün yeni salınacaq şəhərcikdən yola birbaşa çıxış təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi