Lerikdə 50 yaşayış məntəqəsini birləşdirən yeni yol inşa olunur - VİDEO

Lerikdə 50 yaşayış məntəqəsini birləşdirən yeni yol inşa olunur - VİDEO Uzunluğu 36 km olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunur
İnfrastruktur
30 İyun , 2017 09:44
Lerikdə 50 yaşayış məntəqəsini birləşdirən yeni yol inşa olunur - VİDEO
azeravtoyol.gov.az

Bakı. 30 iyun. REPORT.AZ/ Lerik rayonunda 30 min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi işlərinə başlanılıb.

"Report" bu barədə "Azəravtoyol"ASC-yə istinadən xəbər verir.

Uzunluğu 36 km olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunur. Layihəyə uyğun olaraq yol 2 hərəkət zolaqlı olmaqla ümumi eni 10 metr təşkil edir. Bura 6 metr hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr çiyinlər daxildir.

Hazırda yol boyu torpaq işləri görülür, yol yatağının inşası aparılır. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq kənara daşınır və əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə aparılaraq bərpa edilir.

Torpaq işləri yekunlaşdıqdan sonra yol əsasının tikintisi işlərinə başlanılacaq. Yol əsasının inşası qum-çınqıl və optimal qırmadaş qarışığından aparılacaq. Daha sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Asfaltlanacaq sahə 200 min kv. metrdən çoxdur.

Yolda hər biri 2 aşırımlı olmaqla 3 ədəd körpü keçidi əsaslı şəkildə təmir ediləcək. Bundan başqa suların ötürülməsi üçün 70 yerdə müxtəlif diametrli ümumi uzunluğu 1162 poqon metr olan dəmir-beton borular və 1 ədəd eni 4 metr, hündürlüyü isə 2,5 metr olan düzbucaqlı dəmir-beton suötürücü də quraşdırılacaq.

Layihəyə uyğun bütün işlər yekunlaşdıqdan sonra zəruri olan yerlərə yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yol göstərici xətlərin çəklişi işləri aparılacaq.

Son xəbərlər

Orphus sistemi