“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri görülüb

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri görülüb Kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində növbəti dəfə dezinfeksiya işləri görülüb.
İnfrastruktur
1 Fevral , 2020 10:58
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri görülüb

Kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində növbəti dəfə dezinfeksiya işləri görülüb. 

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilib. Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb. 

Son xəbərlər

Orphus sistemi