Karseladze: “Gürcüstanla Azərbaycan arasında avtomobil yolunun bir hissəsi inşa edilib”

Karseladze: “Gürcüstanla Azərbaycan arasında avtomobil yolunun bir hissəsi inşa edilib” Tbilisi-Saqareco (Kaxeti) istiqamətində yeni magistral yolun tikintisi çərçivəsində 4 kilometrlik Vaziani yolunun inşası başa çatıb. Yol Gürcüstanı Azərbaycanın şimal-qərb regionu ilə birləşdirən tranzit dəhlizinin bir hissəsidir.
İnfrastruktur
8 Dekabr , 2023 17:12
Karseladze: “Gürcüstanla Azərbaycan arasında avtomobil yolunun bir hissəsi inşa edilib”

Tbilisi-Saqareco (Kaxeti) istiqamətində yeni magistral yolun tikintisi çərçivəsində 4 kilometrlik Vaziani yolunun inşası başa çatıb.

“Report” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze deyib.

Onun sözlərinə görə, yol Gürcüstanı Azərbaycanın şimal-qərb regionu ilə birləşdirən tranzit dəhlizinin bir hissəsidir: Kaxeti magistralının ilk 4 kilometrlik hissəsi artıq nəqliyyat vasitələri üçün açılıb. Bu da Kaxeti magistralının tikintisində mühüm irəliləyişin sübutudur”.

Qeyd edək ki, Tbilisi-Saqareco magistralı Tbilisi ilə Kaxetini birləşdirən əsas avtomobil yolunun, eləcə də Azərbaycanın şimal-qərb regionunu birləşdirən tranzit dəhlizinin bir hissəsidir. Vaziani yolu layihəsini Gürcüstan şirkəti həyata keçirib.

Tbilisi-Saqareco avtomobil yolunun qalan 31 kilometrlik hissəsinin inşası davam etdirilir. Onun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır. Avtomobil yolunun tikintisi Gürcüstanın dövlət büdcəsi hesabına maliyyələşdirilir. Layihənin ümumi dəyəri 527,2 milyon laridir.

Son xəbərlər

Orphus sistemi