JICA nümayəndələri Qobustan və Xaçmazda su təchizatı qurğularına baş çəkib

JICA nümayəndələri Qobustan və Xaçmazda su təchizatı qurğularına baş çəkib Bu gün “Azərsu” ASC-də, qurumun sədr müavini Etibar Məmmədovun Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) Azərbaycanda səfərdə olan missiya üzvləri ilə görüşü keçirilib.
İnfrastruktur
25 Oktyabr , 2021 16:25
JICA nümayəndələri Qobustan və Xaçmazda su təchizatı qurğularına baş çəkib

Bu gün “Azərsu” ASC-də, qurumun sədr müavini Etibar Məmmədovun Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) Azərbaycanda səfərdə olan missiya üzvləri ilə görüşü keçirilib.

"Report" bu barədə səmhdar cəmiyyətinə istinadən xəbər verir.

Azərbaycanla Yaponiya arasında sosial-iqtisadi sahədə uğurlu əməkdaşlığın qurulduğunu qeyd edən E.Məmmədov içməli su təchizatı sahəsində birgə layihələrin icra edildiyini, artıq 5 şəhərdə içməli və tullantı su layihələrinin başa çatdığını bildirib. Onun sözlərinə görə, “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Xaçmaz, Qusar, Xızı, Qobustan, Naftalan şəhərlərində icrası nəzərdə tutulan 9 müqavilə paketinin 6-sı üzrə işlər tam başa çatıb, Xaçmaz, Naftalan, Xızı, Altıağac, Qobustan tullantı sutəmizləyici qurğularının tikintisini əhatə edən 3 müqavilə paketi üzrə işlər davam edir.

JICA-nın Orta Asiya və Qafqaz bölməsinin aparıcı mütəxəssisi Yumiko Horivaki isə Azərbaycanla əməkdaşlıqdan məmnun olduqlarını, səfər proqramı çərçivəsində Qobustan və Xaçmaz şəhərlərində su təchizatı qurğularına baş çəkdiklərini, insanlarıın bu layihələrdən faydalandıqlarından məmnun olduqlarını bildirib.

Azərbaycanla JICA arasında kredit sazişi 2009-cu ildə imzalanıb, 2012-dən layihələrin icrasına başlanılıb.

Son xəbərlər

Orphus sistemi