İranla sərhəddə magistral yolun bir hissəsi əsaslı şəkildə yenidən qurulub

İranla sərhəddə magistral yolun bir hissəsi əsaslı şəkildə yenidən qurulub Azərbaycanın Ələt-Astara İranla dövlət sərhədi magistral yolunun Yenikənd-Biləsuvar hissəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşıb.
İnfrastruktur
14 fevral 2025 15:12
İranla sərhəddə magistral yolun bir hissəsi əsaslı şəkildə yenidən qurulub

Azərbaycanın Ələt-Astara İranla dövlət sərhədi magistral yolunun Yenikənd-Biləsuvar hissəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "X" sosial şəbəkədəki hesabında yazıb.

"Xeyirli, uğurlu olsun!", - paylaşımda bildirilib.

Qeyd edək ki, Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun açılışı 2018-ci ildə olub.

2-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Yenikənd-Biləsuvar Yenikənd-Biləsuvar 71 km təşkil edir.

Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla torpaq yatağının eni 15 metr, hərəkət hissə isə 7,5 metrdir.


Son xəbərlər

Orphus sistemi