Ağdam. 5 aprel. REPORT.AZ/ "Ötən gecə ermənilərin Ağdam rayonunun Qaradağlı kəndi ərazisindəki elektrik yarımstansiyasını partlatması nəticəsində işıqsız qalan 11 kənddən 10-da elektrik enerjisinin verilişi bərpa olunub".
Bunu "Report"a açıqlamasında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov bildirib.
Onun sözlərinə görə, yalnız bir kənddə elektrik enerjisinin bərpa olunması mümkün olmayıb: "Həmin kənd mütəmadi olaraq erməni ordusu tərəfindən atəşə məruz qaldığından, "Azərişıq" ASC-nin nümayəndələri oraya yaxınlaşa bilmir".