Horadiz-Ağbənd dəmir yolu xəttinin ərazisinin 82 km-i minalardan təmizlənib

Horadiz-Ağbənd dəmir yolu xəttinin ərazisinin 82 km-i minalardan təmizlənib Uzunluğu 110,4 km olacaq Horadiz-Ağbənd dəmir yolu xəttinin keçəcəyi ərazinin 82 km-i minalardan təmizlənib.
İnfrastruktur
15 aprel 2022 12:12
Horadiz-Ağbənd dəmir yolu xəttinin ərazisinin 82 km-i minalardan təmizlənib

Uzunluğu 110,4 km olacaq Horadiz-Ağbənd dəmir yolu xəttinin keçəcəyi ərazinin 82 km-i minalardan təmizlənib.

Bunu “Report”a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) mətbuat katibi Natəvan Bayramova bildirib.

“Qalan ərazi dəmir yolu xəttinin tikintisinin 3-cü mərhələsini əhatə edir. Minalardan təmizlənmə işləri bitdikdən sonra tikinti işləri daha sürətli aparılacaq", - deyə o qeyd edib.

Natəvan Bayramova
Natəvan Bayramova

Bundan başqa, ADY rəsmisinin sözlərinə görə, Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə bağlı işlər də intensiv şəkildə davam etdirilir.

"Perspektiv layihələr arasında Füzuli-Şuşa dəmir yolu xətti də var. Əgər bu layihə təsdiq edilərsə, gələcəkdə onun da çəkilişi həyata keçirilə bilər. Eyni zamanda, Kəlbəcər istiqamətində də dəmir yolu xəttinin çəkilişi mümkündür”, - deyə N.Bayramova əlavə edib.

ADY-nin Tikintiyə nəzarət İdarəsinin rəis müavini Məhəmməd Nağızadə isə bildirib ki, Füzuli-Şuşa dəmir yolu xətti üzrə layihələndirmə işləri aparılır.

Məhəmməd Nağızadə
Məhəmməd Nağızadə

"Minalanmış ərazilər həm layihələndirmə, həm də tikinti-quraşdırma işlərinə olduqca ciddi maneələr yaradır. Ərazi minalardan təmizləndikcə paralel olaraq tikinti işləri davam edir”, - deyə o, əlavə edib.

Orphus sistemi