Bu ilin sonuna qədər Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti işlərinin 60%-dən çoxu, layihələndirmə işlərinin isə 90%-nin tamamlanması gözlənilir.
Bunu "Report"un Zəngilana ezam olunmuş müxbirinə açıqlamasında "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin şöbə müdiri Fəryaz Rüstəmov deyib.
Onun sözlərinə görə, bu il ərzində dəmir yolunda bir çox əsas işin tamamlanması gözlənilir.
2021-ci ilin fevralında tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. Birinci mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 km, ikinci mərhələ Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə etməklə 55 km, üçüncü mərhələ isə Mincivandan başlayaraq Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km təşkil edir.
Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttində işlərin 2025-ci ildə tamamlanması gözlənilir.