Hacıqabul rayonunun Muğan qəsəbəsinin içməli su təchizatı yaxşılaşdırılır

Hacıqabul rayonunun Muğan qəsəbəsinin içməli su təchizatı yaxşılaşdırılır “Azərsu” ASC Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Hacıqabul rayonunun Muğan qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlayıb.
İnfrastruktur
19 Sentyabr , 2022 16:51
Hacıqabul rayonunun Muğan qəsəbəsinin içməli su təchizatı yaxşılaşdırılır

“Azərsu” ASC Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Hacıqabul rayonunun Muğan qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlayıb.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Səhmdar cəmiyyətinin daxili imkanları hesabına icra olunan layihənin I mərhələsində Kür-Bakı magistral su kəmərindən 3 km uzunluğunda əsas daşıyıcı su xəttinin tikintisi və 270 ünvünü birləşmənin verilməsi layihələndirilib. Artıq 160 mm diamterli polietilen borularla 2 km xəttin çəkilişi başa çatıb. “Azərsu”yun 4 saylı Regional Sukanal İdarəsinin I mərhələ üzrə həyata keçirdiyi tikinti-quraşdırma işlərinin noyabr aynda başa çatdırılması nəzərdə tutulur.

Layihənin növbəti mərhələlərində isə Muğan qəsəbəsinin digər ərazilərində də yeni şəbəkə yaradılaracaq və hər bir abonent sayğacla təmin olunacaq. Ümumilikdə Muğan qəsəbəsində 10,6 km uzunluğunda paylayıcı su xətləri tikiləcək. Layihənin icrası ilə qəsəbə sakinləri dayanıqlı, keyfiyyətli içməli su ilə təmin olunacaq, dəqiq uçot qurulmaqla su itkiləri minimuma endiriləcək və israfçılığım qarşısı alınacaq.

Muğan qəsəbəsindəki su şəbəkəsi 1970-ci illərin əvvəllərində inşa olunub. Onun istismara yararsız olması, sakinlərin tikinti normalarına uyğun olmayan, özbaşına çəkdiyi xətlər normal su təchizatı aparmağa imkan vermir və ciddi su itkilərinə səbəb olurdu. Yeni mərkəzləşdirilmiş şəbəkənin yaradılması içməli su təchizatındakı problemlərin aradan qaldırılması ilə yanaşı, yeni abonentlərin də su təchizatı sisteminə qoşulmasına imkan verəcək.

Son xəbərlər

Orphus sistemi