Gürcüstan Azərbaycanın Avropa və Asiya ölkələri ilə yük axınını artırmaq istəyir
- 15 aprel, 2022
- 12:02
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan bizim üçün strateji və beynəlxalq əhəmiyyətli layihələri həyata keçirdiyimiz ən əsas iqtisadi tərəfdaşlarımızdan biridir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili deyib.
Nazir bildirib ki, energetika sahəsində ikitərəfli əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir: “Bu əməkdaşlıq enerji müstəqilliyini və enerji təhlükəsizliyini təkcə ölkələrimiz səviyyəsində təmin etmir, həm də Avropanın enerji təhlükəsizliyi ilə əhəmiyyətli dərəcədə bağlıdır”.
L.Davitaşvilinin sözlərinə görə, Gürcüstan və Azərbaycanın həm Qərb, həm də Mərkəzi Asiya ölkələrinə artan yük axlnlarının idarə olunmasının koordinasiyasını artırmaq üçün böyük potensialı var: “Biz regionda yaranan çağırışları, həmçinin Gürcüstan və Azərbaycanın malik olduğu imkanlardan da danışdıq. Gürcüstan və Azərbaycandan Qərbə və əksinə, Mərkəzi Asiya ölkələrinə yük dövriyyəsi və axınlarının artırılması üçün operativ qərarların qəbulu ilə bağlı hər iki tərəfdə hazırlıq var. Bunun üçün bütün ilkin şərlət var və hesab edirəm ki, bununla bağlı bizim çox aydın razılaşmalarımız olacaq”.