Gəncədə yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlər üçün yeni çoxmənzilli bina tikiləcək

İnfrastruktur
  • 06 fevral, 2019
  • 14:07
Gəncədə yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlər üçün yeni çoxmənzilli bina tikiləcək

Bakı. 6 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Gəncə şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncam 2018-ci il noyabrın 20-də Gəncə şəhərində dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır. 

Sərəncamla Gəncə şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə yeni çoxmənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3,7 milyon manat ayrılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti