Fransanın “Alstom” şirkəti “Azərbaycan Dəmir Yolları” QSC ilə müqaviləsi çərçivəsində son lokomotivi göndərib.
“Report” xəbər verir ki, müqavilədə nəzərdə tutulmuş 40 ədəd “Prima T8 AZ8” ağır yük elektrik lokomotivinin sonuncusu Azərbaycana gətirilib.
“Alstom” şirkətinin Qərbi və Mərkəzi Asiyaya dair idarəçi direktoru, Qazaxıstanın KTZh milli şirkətinin prezidenti Kanat Alpısbayev son lokomotiv tədarükünü ikitərəfli əməkdaşlığın mühüm parçası olaraq dəyərləndirib: “Bu lokomotivlər Azərbaycan daxilində yükdaşımalarını daha səmərəli hala gətirilməsində əsas rol oynayaraq həmçinin Trans Xəzər Nəqliyyat Dəhlizinin tranzit potensialını artırmaqla bağlı iddialı hədəflərə çatmaqda yardım edir. Biz ADY ilə lokomotiv parkına servis xidmətlərinin təşkilini və dəmir yolu siqnal sistemilə bağlı layihələrin icrasını əhatə edən yaxın əməkdaşlıq əlaqələrimizi bundan sonra da inkişaf etdirəcəyik”.
Xatırladaq ki, 2014-cü ildə “Alstom” ilə ADY QSC arasında 288 milyon avro məbləğində 50 ədəd elektrik lokomotivinin tədarükünə dair müqavilə imzalanıb. Həmin avadanlıq “Alstom” şirkətinin Qazaxıstandakı birgə müəssisəsi olan EKZ tərəfindən istehsal olunacaq 40 ədəd “Prima T8 AZ8A” yük lokomotivi və Fransada istehsal olunacaq 10ədəd “Prima M4 AZ4A” sərnişin lokomotivini əhatə edir.