Frankfurt hava limanında etiraz aksiyası keçirən ekofəallar saxlanılıblar - YENİLƏNİB

Frankfurt hava limanında etiraz aksiyası keçirən ekofəallar saxlanılıblar - YENİLƏNİB Almaniyanın Frankfurt hava limanında eko-fəalların etiraz aksiyasına görə ən azı 140 reys ləğv edilib.
İnfrastruktur
25 İyul , 2024 15:21
Frankfurt hava limanında etiraz aksiyası keçirən ekofəallar saxlanılıblar - YENİLƏNİB

Frankfurt hava limanı polisi bu gün səhər uçuş-enmə zolağına daxil olaraq hava limanının fəaliyyətinin təxminən iki saat dayanmasına səbəb olan 8 ekofəalı həbs edib.

“Report” xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Qeyd edək ki, hava limanında ekofəalların etiraz aksiyasına görə bu günə planlaşdırılan 1,4 min reysdən 140 reys ləğv edilib.

11:39

Almaniyanın Frankfurt hava limanında ekofəalların etiraz aksiyasına görə ən azı 140 reys ləğv edilib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.

Günün sonuna qədər reyslərdə gecikmələr gözlənilir.

Məlumata görə, “Sonuncu nəsil” hərəkatının ekofəallarının uçuş-enmə zolağına daxil olması səbəbindən Frankfurt hava limanı səhər saatlarında fəaliyyətini dayandırıb.

Bildirilib ki, ekofəallar Almaniya hökumətindən 2030-cu ilə qədər neft, qaz və kömürdən tədricən imtinanı tənzimləyən beynəlxalq sazişin hazırlanmasına və imzalanmasına kömək etməyi istəyib.

Onlar xəbərdarlıq edib ki, digər ölkələrin, o cümlədən Böyük Britaniya, Avstriya, Niderland, İsveçrə, Kanada, ABŞ və Norveçin hava limanlarında oxşar vətəndaş etirazları planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi