Bakı. 19 fevral. REPORT.AZ/ “Bakıda bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi ilə əlaqəli ölkə başçısının imzaladığı fərmanla paytaxtda qeydiyyata alınmamış və istismara qəbul edilməyən mənzillərin 70-80%-də qeydiyyat problemi həll olunacaq”.
Bunu “Report”a açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.
Onun sözlərinə görə, imzalanan fərmanın bir çox üstünlükləri olacaq: “Uzun illərdən bəri çoxmənzilli binalarda yığılıb qalan qeydiyyatla bağlı problemlər öz həllini tapacaq. Mövcud problemin həllini tapması aparılan əməliyyatlar üzrə həm dövlət büdcəsinə daxilolmaları artıracaq, həm də mənzil idarəçiliyi baxımından yığılıb qalan problemlərin həllinə gətirib çıxaracaq. Dövlət büdcəsinə daxilolmalar dedikdə o nəzərdə tutulur ki, bu vaxta qədər Mənzil Tikinti kooperativləri (MTK) alqı-satqı zamanı müqavilələrin dəyişdirilməsinə görə vətəndaşlardan qeyri-qanuni yolla bir mənzilə görə 3-4 min manat pul alırdılarsa, bundan sonra həmin məbləğə yaxın pul vəsaiti rəsmi qaydada vergi şəklində dövlət büdcəsinə yönələcək”.
Əmlak məsələləri üzrə ekspert qeyd edib ki, həmçinin qeydiyyata alınmış mənzillər üzrə bələdiyyələrin vergi yığımında problemlər aradan qalxacaq: “Bundan başqa, aparılacaq girov və digər əməliyyatlara, yəni bağışlamaq, vərəsəlik üzrə əməliyyat xərclərindən daşınmaz əmlak üzrə reyestr xidmətinə, notariat kontorlarına vəsaitlər daxil olacaq. Eyni zamanda vətəndaşlar MTK-larla aralarındakı problemi məhkəmə qaydasında hüquqi yolla həll etmək imkanı əldə edəcəklər. Bir sözlə, fərman bir sıra istiqamətlər üzrə qeydiyyat problemlərinin həllinə, mənzil fondun təkmilləşməsinə, idarə olunmasına şərait yaradacaq”.
Mənzil bazarında qiymətlərin artıb-artmayacağı məsələsinə gəlincə, R.Osmanlı əlavə edib ki, fərmanla nəzərdə tutulan işlər texnikidir: “Yəni bu gün analoji ərazilər üzrə çıxarışı olan və olmayan mənzillər arasında 5-10 % qiymət fərqi olur. Çıxarış alındıqdan və qeydiyyat problemi həll olunandan sonra istisna etmirəm ki, analoji qiymət artımı baş versin. Lakin bu təhlükəli məsələ deyil. Hesab edirəm ki, qeydiyyat problemi həll olunandan sonra qısa müddət ərzində proses baş verəcək və sonra bazar stabilləşəcək. Bu gün
Xatırladaq ki, Prezident