Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmazda yeni bölməsi açılacaq

Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmazda yeni bölməsi açılacaq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmazda yeni bölməsi fəaliyyət göstərəcək.
İnfrastruktur
2 Fevral , 2021 13:40
Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmazda yeni bölməsi açılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmazda yeni bölməsi fəaliyyət göstərəcək.

“Report” quruma istinadən xəbər verir ki, qurum yeni açılacaq və vətəndaşlara xidmət göstərəcək Xaçmaz rayonunun yerli bölməsində aktual vakansiyalar üzrə istedadlı və motivasiyalı gənclər üçün işə qəbul proqramını elan edib.

Namizədlərə qarşı tələblər aşağıdakılardır:

• İqtisadiyyat və idarəetmə, humanitar və sosial, texniki ixtisas qrupları üzrə ali təhsil;

• Azərbaycan dili (Əla), Rus dili (arzuolunandır);

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı;

• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı;

• Analitik düşünmə və təhlil etmə bacarığı;

• Məntiq və riyazi biliklər;

• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi; • Komandanın üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

Uyğun namizədlərdən öz CV formalarını fevralın 14-nə qədər [email protected] ünvanına, mövzu hissəsində “Xaçmaz Əmlak Xidmətləri Məkanı” yazmaqla göndərmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi