Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Naftalanda vətəndaş qəbulu keçirəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Naftalanda vətəndaş qəbulu keçirəcək Qəbulda Naftalan, Goranboy, Bərdə, Ağdam, Tərtər, Xocavənd və Laçın rayonlarının sakinləri iştirak edə bilərlər
İnfrastruktur
22 Avqust , 2016 10:00
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Naftalanda vətəndaş qəbulu keçirəcək

Bakı. 22 avqust. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov avqustun 26-da Naftalan şəhərində vətəndaş qəbulu keçirəcək.

Komitənin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, qəbulda Naftalan, Goranboy, Bərdə, Ağdam, Tərtər, Xocavənd və Laçın rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Vətəndaş qəbulu saat 11:00-da şəhərdə yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq. Qəbulda qeyd olunan rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız Komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin elektron ünvanına ([email protected]) yaza və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi ((2235) 2 31 44, (2020) 5 56 05) ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi