Bakı. 26 yanvar. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov yanvarın 31-də, saat 10:00-da Şamaxıda bu rayondan, eləcə də Ağsu və Qobustan rayonlarından olan vətəndaşların müraciətlərinə baxacaq.
"Report" Komitəyə istinadən xəbər verir ki, vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn rejimdə
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105);
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ərazi idarəsi:(020) 265-01-07, (020) 245-01-02;