Elnur Allahverdiyev: Qarabağ və Şərqi Zəngəzurda misilsiz quruculuq işləri həyata keçirilir

Elnur Allahverdiyev: Qarabağ və Şərqi Zəngəzurda misilsiz quruculuq işləri həyata keçirilir Bu gün Azərbaycan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda misilsiz quruculuq işləri həyata keçirir.
İnfrastruktur
15 Mart , 2024 12:48
Elnur Allahverdiyev: Qarabağ və Şərqi Zəngəzurda misilsiz quruculuq işləri həyata keçirilir

Bu gün Azərbaycan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda misilsiz quruculuq işləri həyata keçirir.

"Report" xəbər verir ki, bunui Milli Məclisin deputatı Elnur Allahverdiyev parlamentin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatında bildirib.

Onun sözlərinə görə, bu fakt xarici maliyyə institutlarının və beynəlxalq iqtisadi ekspertlərin diqqətindən yayınmır: "Məsələn, "Moody's" beynəlxalq reytinq agentliyinin dəyərləndirmələrində diqqət çəkən ən mühüm məqamlardan biri azad edilmiş ərazilərdə reinteqrasiyanın artıq öz iqtisadi faydalarını verməsi və ölkə iqtisadiyyatının yeni əlavə dəyər yaradan əsaslı bölməsinə çevrilməsi ilə bağlıdır. Təşkilatın analitiklərinin fikrincə, Qarabağda ərazilərin yenidən qurulması üçün yönələn sərmayələr 2024-cü ildə iqtisadi artımın dəstəklənməsində əsas alətlərdən biri olacaq".

Deputat qeyd edib ki, bu reallıq Azərbaycanın post-müharibə və suverenliyinin bərpasından sonra əldə etdiyi ən böyük qələbədir: "Bu gün biz hökumətin fəaliyyət hesabatını müzakirə edirik və artıq yaşadığımız ilin yanvar-fevral aylarının statistikası ötən ili sonunda dövlət büdcəsinə dair fikir mübadiləsi çərçivəsində səslənən proqnozların doğruluğunu göstərir. Məsələn, 2024-cü ilin ilk 2 ayında ÜDM illik müqayisədə 5 % artım göstərib və onun dəyəri 18 milyard 577 milyon manata çatıb. İqtisadiyyatın neft-qaz sektorundan asılılığının azaldılması nöqteyi-nəzərdən qeyri-neft sektorunda 10 %-lik artım faktı xüsusilə sevindiricidir. Bu, real iqtisadiyyatın payının getdikcə böyüdüyünün göstəricisdir. Ticarətdən tutmuş kənd təsərrüfatına qədər bütün sahələrdə ÜDM artımı müşahidə olunur, ancaq sənayedəki 40 %-lik yüksəlişi xüsusilə qeyd etmək lazımdır. Yanvar-fevral aylarında 10,2 milyard manatlıq sənaye məhsulu istehsal olunub. Müasir iqtisadiyyatların sənayesiz təsəvvür edilmədiyi reallıqda bu, hökumətin ciddi uğurudur".

Son xəbərlər

Orphus sistemi