Ekspert: "Nəqliyyat sektorumuzda 10 il əvvəllə müqayisədə böyük fərq var”

Ekspert: "Nəqliyyat sektorumuzda 10 il əvvəllə müqayisədə böyük fərq var” "2010-2020-ci illərdə Azərbaycanda nəqliyyat sektoru sürətlə inkişaf etdirilib".
İnfrastruktur
4 Avqust , 2021 15:00
Ekspert: Nəqliyyat sektorumuzda 10 il əvvəllə müqayisədə böyük fərq var”
Yasin Mustafayev

"2010-2020-ci illərdə Azərbaycanda nəqliyyat sektoru sürətlə inkişaf etdirilib".

Bunu “Report”a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib.

"Dövlət nəqliyyat sektoruna böyük sərmayə qoyub, bu isə iqtisadiyyatın inkişafı üçün vacib amillərdəndir. Nəqliyyat varsa, infrastruktur varsa iqtisadi inkişaf üçün zəmin yaranır. Ölkənin nəqliyyat sektorunda 10 il əvvəllə müqayisədə böyük fərq var”, - deyə o qeyd edib.

Y.Mustafayevin sözlərinə görə, hazırda Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilib, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır: "Son 10 ildə ölkə ərazisində Şərqdən Qərbə aparan avtomobil yollarının I dərəcəli yollara çevrildiyini gördük. Həmçinin Şimaldan Cənuba daşınan yüklərin Azərbaycandan keçməsi stimullaşdırılıb".

"Dəmir yolu sahəsində də böyük işlər görülüb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşüb. Bu, Azərbaycan iqtisadiyyatına töhfə verən, Avropadan - Çinə və əks istiqamətdə qısa yoldur. Bu istiqamətdə daşınan yüklərin həcminin sürətlə artacağı gözlənilir. Bundan başqa, həmin yolun bir hissəsi olan Bakı-Qazax dəmir yolu xətti yenidən qurulub, qatarların sürətli hərəkətinə imkan verir. Bakıdan Rusiya istiqamətində də dəmir yolu infrastrukturu inkişaf etdirilir. Bu layihələr həm daxili imkanlar, həm də xaricdən cəlb edilən kreditlər hesabına icra edilir", - deyə ekspert əlavə edib.

Bundan başqa, onun sözlərinə görə, son 10 ildə Azərbaycanda Azad İqtisadi Zona yaradılıb: “Bunun üçün seçilmiş Bakının Qaradağ rayonunun Ələt qəsəbəsi ən optimal yerdir. Azad İqtisadi Zona həm paytaxta yaxın yerləşir, həm də ekologiyaya çox ziyan vurmur. Burada fəaliyyət göstərəcək şirkətlər vergidən azad olunacaq, müəyyən güzəştlər əldə edəcəklər. Bu isə iqtisadiyyatın, o cümlədən istehsalın inkişafı üçün stimul olacaq".

Son xəbərlər

Orphus sistemi