Bakı. 30 iyun. REPORT.AZ/ "
"Azərsu" rəsmisinin sözlərinə görə, I qrup istehlakçılar dedikdə istehsal, xidmət və ticarət məqsədləri üçün istifadə olunmayan fərdi qarajlar, təsərrüfat tikililəri, fərdi yaşayış evləri, bağ və həyətyanı sahələr nəzərdə tutulur.
"I qrup istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin alınması müraciəti" e-xidmətindən faydalanmaq üçün mövcud autentifikasiya vasitələrindən istifadə edərək portala giriş edib "Azərsu" ASC-nin xidmətləri arasından sözügedən xidməti seçmək kifayətdir.
"Elektron hökumət" portalı üzərindən müvafiq müraciəti formalaşdırarkən sistem vətəndaşa aid məlumatları avtomatik əks etdirir, vətəndaş isə sadəcə müraciət üzrə bəzi məlumatları daxil etmək həvalə olunur.
Beləliklə, "I qrup istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin alınması müraciəti" e-xidmətdən istifadə edərkən vətəndaşlar vaxta qənaət edərək, bir neçə dəqiqə ərzində müraciəti aidiyyəti quruma göndərə bilərlər.
Qeyd edək ki, “Elektron hökumət” portalı vasitəsilə su borcunun internet vasitəsilə öyrənilməsi və ödənilməsi də mümkündür. “Elektron hökumət” portalı üzərindən “Azərsu” ASC-nin göstərdiyi elektron xidmətlərin sayı 3-ə çatdırılıb.