Dünya Bankı: Azərbaycanda su itkilərinin azaldılması prioritet istiqamət olmalıdır

Dünya Bankı: Azərbaycanda su itkilərinin azaldılması prioritet istiqamət olmalıdır Su ehtiyatlarının qıtlığı Azərbaycan üçün kritik amildir və su itkilərinin azaldılması prioritet istiqamət olmalıdır.
İnfrastruktur
18 Sentyabr , 2024 14:20
Dünya Bankı: Azərbaycanda su itkilərinin azaldılması prioritet istiqamət olmalıdır

Su ehtiyatlarının qıtlığı Azərbaycan üçün kritik amildir və su itkilərinin azaldılması prioritet istiqamət olmalıdır.

"Report" xəbər verir ki, bunu Dünya Bankının Su və Sanitariya Xidmətləri üzrə Baş mütəxəssisi Smita Misra Bakıda keçirlən "Su Təhlükəsizliyi Problemlərinin Həll edilməsi üçün Su Sektorunda Effektiv İnstitutlara və Proqramlara Keçid" mövzusunda tədbirdə bildirib.

"Bakıda dəniz suyunun duzsuzlaşdırılması proqramının qəbul olunduğunu nəzərə alaraq paytaxtda su itkilərinin iqtisadi səviyyəyə (20-30 %) qədər azaldılması olduqca vacibdir. Bu, nəticə əsaslı dövlət-özəl tərəfdaşlığı çərçivəsində ola bilər. Özəl sektorun ehtiyac duyulan təcrübə, nou-hau və maliyyə vasitələri gətirməsi üçün ilkin əsas addım Bakı şəhəri üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasıdır", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi