Noyabrın 15-də Dubayda "Xəzər Həftəsi Forumu 2023" ("Caspian Week Forum 2023") işinə başlayıb.
"Report"un Dubaya ezam olunmuş müxbiri xəbər verir ki, Böyük Xəzər Assosiasiyası (The Greater Caspian Association) və "Integral" şirkətlər qrupun "DP World" şirkətlər qrupu ilə əməkdaşlığı çərçivəsində ev sahibliyi etdiyi tədbirdə qlobal yükdaşımaları, logistika və ticarət, rəqəmsal texnologiyaların tətbiqi və logistik dəhlizlərin inkişafı mövzularına toxunulacaq.
Forumda Xəzər regionu ilə bağlı dialoqlar aparılacaq və əməkdaşlıq imkanları müzakirə ediləcək.
İnvestisiya imkanlarına, əməkdaşlıq əlaqələrinə və regionun çətinliklərinə fokuslanan "Caspian Week Forum 2023" Xəzər regionun kəşf edilməyən potensialını beynəlxalq iştirakçılara çatdırmağı hədəfləyib.
Tədbir noyabrın 17-dək davam edəcək.