Bakı. 2 iyun. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev iyulun 2-də Ağdaş şəhərindəki Heydər Əliyev mərkəzində vətəndaşları qəbul edib.
DGK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda bölgədə yerləşən Ağdaş, Göyçay, Ucar, Yevlax rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı A. Əliyev hər bir vətəndaşın müraciətini dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.