DGK-da insan alverinə qarşı mübarizəyə dair məsələlər müzakirə edilib

DGK-da insan alverinə qarşı mübarizəyə dair məsələlər müzakirə edilib Bakı. 11 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib.
İnfrastruktur
11 Dekabr , 2018 12:59
DGK-da insan alverinə qarşı mübarizəyə dair məsələlər müzakirə edilib
0 : 00
0 : 00

Bakı. 11 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, görüşdə Beynəlxalq Miqrasiya Təşkilatının eksperti Alina Braşoveanu, layihə məmuru Mariya Nikolovska və digərləri iştirak edib.

Görüşün məqsədi Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair 2019-2023-cü illər üçün yeni Milli Fəaliyyət Planının hazırlanması istiqamətində Azərbaycan Hökumətinə dəstək vermək, rəy və təkliflər hazırlamaqdır.

Görüşdə 2014-2018-ci illəri əhatə edən hazırkı və başa çatmaqda olan Milli Fəaliyyət Planında DGK-nın məsul icraçı olduğu fəaliyyət istiqamətləri, insan alverçilərinin, insan alveri qurbanlarının gömrük sərhədindən keçməsinin qarşısının alınması istiqamətində gömrük orqanlarının fəaliyyəti və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi