Azərbaycan və Rusiya prezidentləri iki ölkə xalqlarının mənafeyi naminə iqtisadi əməkdaşlığı daha da inkişaf etdirmək üçün səylər göstərirlər.
“Report”un Şimal bürosu xəbər verir ki, bu barədə Azərbaycanla Rusiyanın sərhədində Samur çayı üzərindəki körpünün açılışında Dağıstanın başçısı Vladimir Vasilyev bildirib.
“Etimaddan əməkdaşlıq doğar, əməkdaşlıqdan isə dövlətlərin, xalqların rifahı doğar. Dağıstanlılar azərbaycanlılara xüsusi rəğbət bəsləyir, arada bir çox mədəni, insani tellər var, müştərək tarix var, qarşılıqlı hörmət və ehtiram var. Hamımızın dərk etdiyi bir həqiqət var: qonşun firavan dolanırsa, sən də bayram edə bilərsən”, - deyən Dağıstan rəhbəri Rusiya və Azərbaycan prezidentləri - Vladimir Putinlə
V.Vasilyevin fikrincə, bir çayın iki sahilində yaşayanların qovuşması yerli sakinlər üçün çox mühüm hadisədir.
Həmçinin bu il Mahaçqala ilə Bakı arasında işə salınacaq sərnişin qatarının da ikitərəfli əlaqələrə mühüm töhfə olacağı vurğulanıb.