Çindən bu il Orta Dəhlizlə Avropaya göndərilən blok qatarlarının sayı 300-ü ötüb

Çindən bu il Orta Dəhlizlə Avropaya göndərilən blok qatarlarının sayı 300-ü ötüb Bu gün Çindən daha bir blok qatarı Orta Dəhlizlə yola salınıb ki, bu da 2024-cü ildə bu marşrutla göndərilmiş sayca 306-cı qatardır.
İnfrastruktur
12 Dekabr , 2024 15:23
Çindən bu il Orta Dəhlizlə Avropaya göndərilən blok qatarlarının sayı 300-ü ötüb

Bu gün Çindən daha bir blok qatarı Orta Dəhlizlə yola salınıb ki, bu da 2024-cü ildə bu marşrutla göndərilmiş sayca 306-cı qatardır.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

"Bu il Orta Dəhlizlə yükdaşımalar ötən illə müqayisədə artıb. Dəhlizlə bağlı kifayət qədər ciddi işlər görülüb. Ötən həftə Gürcüstanda Qazaxıstan və Azərbaycanın dəmir yolu rəhbərlərinin birgə üçtərəfli görüşü oldu. Görüşdə bu dəhlizin inkişafı üçün atılacaq addımları müzakirə etdik. O cümlədən, keçən il yaradılmış birgə müəssisənin aktivləşdirilməsi üçün prinsipial qərarlar verildi. Artıq birgə müəssisənin əməliyyat və maliyyə modelinin təqdimatı olub. Növbəti il bu istiqamətdə, xüsusən də Çindən gələn yüklərlə bağlı qərarlar verilib. Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılaraq 1 000-ə çatdırılması planlaşdırılır", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi