Çin rəsmisi: "Bir kəmər, bir yol" layihəsi üzrə yüklərin həcmi artır"

Çin rəsmisi: "Bir kəmər, bir yol" layihəsi üzrə yüklərin həcmi artır" "Bir kəmər, bir yol" layihəsi üzrə işlər davam edir, bu marşrut üzrə qatarların sayı və daşınan yüklərin həcmi artır.
İnfrastruktur
20 Sentyabr , 2024 11:07
Çin rəsmisi: Bir kəmər, bir yol layihəsi üzrə yüklərin həcmi artır

"Bir kəmər, bir yol" layihəsi üzrə işlər davam edir, bu marşrut üzrə qatarların sayı və daşınan yüklərin həcmi artır.

"Report" xəbər verir ki, bunu Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyasının prezidenti Yang Bin Bakıda keçirilən "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında bildirib.

Onun sözlərinə görə, bu marşrut iştirakçı ölkələr üçün fürsətlər yaradır: "Bu proseslər iştirakçı ölkələrin səyləri nəticəsində meydana gəlir".

O, layihə üzrə müəyyən çətinliklərin də olduğunu vurğulayıb: "Yüklər Xəzər dənizindən keçən zaman bəzi proseslər uzanır, daşıma müddəti artır. Bu isə digər ölkələrlə rəqabət qabiliyyəti azalır. Gələcəkdə əməkdaşlığımızın daha da genişləndirilməsini istəyirəm".

Son xəbərlər

Orphus sistemi