Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə gələn il başlanılacaq

İnfrastruktur
  • 26 noyabr, 2022
  • 09:02
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə gələn il başlanılacaq

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi 2023-cü ilin payızına planlaşdırılır.

“Report” xəbər verir ki, bunu Qırğız Respublikasının Baş naziri Akılbek Japarov ölkə parlamentinin iclasında deyib.

“Layihənin texniki-iqtisadi əsaslandırması gələn ilin aprelində tamamlanmalıdır. Onun inşasına 2023-cü ilin payızında başlanıla bilər”, - o bildirib.

Xatırladaq ki, bu dəmir yolu dəhlizi Avrasiya kontinental körpüsündə cənub istiqamətinə çevriləcək. Bu layihə ilə Cənub-Şərqi, Qərbi Asiya və Yaxın Şərq bazarlarına çıxışın əldə edilməsi planlaşdırılır.

44 - Tezliklə