Cəlilabadın Zopun kəndinin yolları bərbad vəziyyətə düşüb

Cəlilabadın Zopun kəndinin yolları bərbad vəziyyətə düşüb Cəlilabad rayonunun Zopun kəndinin yolları bərbad vəziyyətə düşüb.
İnfrastruktur
31 Yanvar , 2023 17:17
Cəlilabadın Zopun kəndinin yolları bərbad vəziyyətə düşüb

Cəlilabad rayonunun Zopun kəndinin yolları bərbad vəziyyətə düşüb.

Bu barədə "Report"un yerli bürosuna kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, kəndin yolları indiyə qədər heç vaxt asfalt örtüklə döşənməyib. Sakinlər deyir ki, yollara vaxtaşırı çınqıl-daş tökülsə də, bu, elə də uzunömürlü olmur. Buna görə də yolların təkrar təmir-bərpaya ehtiyacı yaranır.

Məsələ ilə bağlı Zopun kənd bələdiyyəsindən "Report"un yerli bürosuna bildirilib ki, yolların təmir olunmamasına səbəb sakinlərin vergiləri ödəməməsidir.

Qeyd edilib ki, kənd sakinləri üç ildir bələdiyyəyə olan vergiləri ödəmirlər: "Amma 3 il əvvələ kimi bələdiyyə hesabına yollara çınqıl-daş tökülüb".

Məlumatda həmçinin vurğulanıb ki, kənd yolunun dövlət hesabına təmir olunması nəzərdə tutulub.

Qeyd edək ki, Zopun kəndi rayon mərkəzindən 9 kilometr aralıda yerləşir.

Son xəbərlər

Orphus sistemi