Cavid Qurbanov: "Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi gələn ilin ortalarına kimi yekunlaşacaq"

Cavid Qurbanov: "Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi gələn ilin ortalarına kimi yekunlaşacaq" Gələcəkdə Astara-Yalama dəmir yolunun da tam yeniləcəyi bildirilir
İnfrastruktur
25 Noyabr , 2016 11:31
Cavid Qurbanov: Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi gələn ilin ortalarına kimi yekunlaşacaq

Bakı. 25 noyabr. REPORT. AZ/ "Ümid edirik ki, Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin tikintisi bu ilin sonu və ya növbəti ilin birinci yarısında yekunlaşacaq".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu" biznes forumunda çıxışı zamanı "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib. 

Azərbaycanın mərkəzdə yerləşdiyini deyən C.Qurbanov ölkənin beynəlxalq nəqliyyat dəhlizlərinin də mərkəzi ola biləcəyini qeyd edib. 

C.Qurbanov gələcəkdə Azərbaycan dəmir yollarının inkişafı çərçivəsində Astara-Yalama istiqamətində də dəmir yollarının da tam yeniləcəyini deyib.

Son xəbərlər

Orphus sistemi