Bu ilin I yarısında Azərbaycanda mənzil tikintisinə 463,8 mln. manat vəsait xərclənib

Bu ilin I yarısında Azərbaycanda mənzil tikintisinə 463,8 mln. manat vəsait xərclənib Bakı. 17 iyul. REPORT.AZ/ 2018-ci ilin I yarısında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 946,4 min kvadrat metr və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9% çox yeni yaşayış evləri tikilib istifadəyə verilib.
İnfrastruktur
17 İyul , 2018 17:37
Bu ilin I yarısında Azərbaycanda mənzil tikintisinə 463,8 mln. manat vəsait xərclənib

Bakı. 17 iyul. REPORT.AZ/ 2018-ci ilin I yarısında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 946,4 min kvadrat metr və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9% çox yeni yaşayış evləri tikilib istifadəyə verilib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Yanvar-iyun aylarında mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 463,8 mln. manat olub, onun 89,3 mln. manatı dövlət, 374,5 mln. manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.

Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədilə şəxsi vəsaitləri hesabına 6,0 min yaşayış evi tikiblər, onların əksəriyyəti Naxçıvanda, Bakı və Sumqayıt şəhərlərində, Masallı, Tovuz, Qazax, Abşeron, Qəbələ, Şəmkir və Cəlilabad rayonlarında inşa edilib.

Son xəbərlər

Orphus sistemi