Bu il “Azərsu” “ASAN xidmət" mərkəzləri vasitəsilə 38 minə yaxın müraciətə baxıb

Bu il “Azərsu” “ASAN xidmət" mərkəzləri vasitəsilə 38 minə yaxın müraciətə baxıb Müraciətlərin 20 359-u “ASAN xidmət”, 17 361-i isə “ASAN Kommunal” mərkəzlərində qeydə alınıb
İnfrastruktur
1 Noyabr , 2017 15:47
Bu il “Azərsu” “ASAN xidmət mərkəzləri vasitəsilə 38 minə yaxın müraciətə baxıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında "Azərsu" ASC-nin "ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən xidmət bölmələrinə abunəçilər tərəfindən müxtəlif məsələlərlə bağlı, ümumilikdə, 37 720 müraciət edilib. 

Bu barədə “Report”a qurumun Mətbuat xidmətindən məlumat verilib.

Müraciətlərin 20 359-u “ASAN xidmət”, 17 361-i isə “ASAN Kommunal” mərkəzlərində qeydə alınıb.

Ötən müddətdə edilən müraciətlər arasında “SMART kart”lara yükləmələr haqqında məlumatın verilməsi, texniki şərtin verilməsi, itirilmiş və zədələnmiş “SMART kart”ların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edib. Ən çox müraciət Bakının Sabunçu və Yasamal rayonlarındakı, eləcə də Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində, həmçinin 2 saylı “ASAN Kommunal” mərkəzində qeydə alınıb.

“ASAN xidmət” mərkəzlərində “Azərsu”nun müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. Bu ildən “Azərsu” “ASAN Kommunal” mərkəzlərində də təmsil olunur. Ümumilikdə, 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 91406 müraciət daxil olub.

Hazırda “Azərsu”nun xidmətləri Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallı şəhərlərindəki “ASAN xidmət”, həmçinin 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində təşkil olunub.

Son xəbərlər

Orphus sistemi