Bu gün açılışı olmuş yerüstü piyada keçidinin uzunluğu 180 metrdir

Bu gün açılışı olmuş yerüstü piyada keçidinin uzunluğu 180 metrdir Prezident İlham Əliyevin bu gün Mərdəkan-Zuğulba avtomobil yolunda açılışında iştirak etdiyi yerüstü piyada keçidinin uzunluğu 180 metrdir. 
İnfrastruktur
681
9 Sentyabr , 2020 14:19
Bu gün açılışı olmuş yerüstü piyada keçidinin uzunluğu 180 metrdir

Prezident İlham Əliyevin bu gün Mərdəkan-Zuğulba avtomobil yolunda açılışında iştirak etdiyi yerüstü piyada keçidinin uzunluğu 180 metrdir. 

"Report" xəbər verir ki, üç dayaq üzərində torşəkilli metal konstruksiyadan quraşdırılmış keçidin orta hissəsinin uzunluğu 52 metr, eni 4,5 metrdir. Piyada keçidi bir-biri ilə 57 dərəcə bucaq altında kəsişən 39 ədəd polad halqadan yığılıb.

Rahat hərəkət üçün keçiddə beynəlxalq standartlar nəzərə alınmaqla panduslar quraşdırılıb. Pandusların maililiyi 8 dərəcəyə bərabərdir.

Keçidin layihəsi italiyalı dizaynerin təxəyyülünün məhsuludur, konstruksiyalarını isə yerli mütəxəssislər hazırlayıb.

Son xəbərlər

Orphus sistemi