Bu gecə Bakının mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

İnfrastruktur
  • 18 oktyabr, 2017
  • 06:39
Bu gecə Bakının mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Report

Bakı. 18 oktyabr. REPORT.AZ/ Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 22:00-dan Bakının Heydər Əliyev və Babək prospektlərinin, eləcə də Yusif Səfərov küçəsinin kəsişməsindəki yol qovşağında üfüqi nişanlanma xətləri yenidən çəkiləcək.

“Report” “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, bununla əlaqədar avtomobillərin hərəkəti qismən (yol bağlanmadan) məhdudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.

44 filmi