"Boeing" 2036-cı ilə qədər Çinə 7 mindən çox sərnişin təyyarəsi satacaq

"Boeing" 2036-cı ilə qədər Çinə 7 mindən çox sərnişin təyyarəsi satacaq Şərqi Asiya ölkəsi ümumi dəyəri 1,1 trln. dollar təşkil edəcək 7 240 yeni təyyarəyə ehtiyac duyacaq
İnfrastruktur
6 Sentyabr , 2017 14:09
Boeing 2036-cı ilə qədər Çinə 7 mindən çox sərnişin təyyarəsi satacaq

Bakı. 6 sentyabr. REPORT.AZ/ ABŞ-ın təyyəra istehsalçısı - "Boeing" şirkəti Çinin sərnişin təyyarələrinə tələbatı ilə bağlı proqnozunu 6,3% yüksəldib. 

"Report" "İntefax"a istinadən xəbər verir ki, korporasiya bunu Çin iqtisadiyyatının güclənməsi və bu ölkədə orta sinifin artması ilə izah edib. 

"Boeing"in hesablamalarına görə, Şərqi Asiya ölkəsi 2036-cı ilə qədər ümumi dəyəri 1,1 trln. dollar təşkil edəcək 7 240 yeni təyyarəyə ehtiyac duyacaq. İndiyə qədər bu rəqəmin 6 180 olacağı proqnozlaşdırılırdı. 

"Çində davam edən iqtisadi artım, infrastruktura yatırılan böyük investisiyalar, artan orta sinif, habelə inkişaf etməkdə olan aviasiya biznesi bu proqnoza təkan verir",- deyə "Boeing"in məlumatında deyilir.

Son xəbərlər

Orphus sistemi