BNA cəbhə bölgəsinə daha 6 500 təkər göndərdi

BNA cəbhə bölgəsinə daha 6 500 təkər göndərdi Bütün cəbhə boyu uğurlu əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusuna dəstək məqsədilə “Hər şey vətən üçün” aksiyası davam etdirilir.
İnfrastruktur
6994
28 Sentyabr , 2020 13:22
BNA cəbhə bölgəsinə daha 6 500 təkər göndərdi

Bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusuna dəstək məqsədilə “Hər şey vətən üçün” aksiyası davam etdirilir. Aksiya çərçivəsində daha 16 yük avtomobili ilə 6 500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb.

Bunu “Report”a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, qum dolu kisələrdən fərqli olaraq təkərlər müdafiənin ön xəttində mövqelərin muhafizəsi baxımdan olduqca əhəmiyyətli materialdır: "Təkərlər dözümlü və güllələri saxlama xassələrinə malikdirlər. Bunu nəzərə alaraq təkərlərin toplanaraq cəbhə bölgəsinə yola salınması davamlı olaraq həyata keçirilir. Aksiyaya qoşulmaq istəyən vətəndaşlarımız Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər".

M.Ağayev bildirib ki, iyul ayından düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlardan sonra Bakı Nəqliyyat Agentliyi Müdafiə Nazirliyi ilə birgə “Hər şey vətən üçün” aksiyasına başlayıb: "Ötən müddətdə ümumilikdə 60 yük avtomobili ilə 26 500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb".

BNA cəbhə bölgəsinə daha 6 500 təkər göndərdi from Report News Agency on Vimeo.

Son xəbərlər

Orphus sistemi