“Birbaşa dəmir yolu bağlantısı haqqında konvensiya” Varşavada müzakirə olunub

“Birbaşa dəmir yolu bağlantısı haqqında konvensiya” Varşavada müzakirə olunub Bakı. 5 dekabr. REPORT.AZ/ Noyabrın 27-dən dekabrın 1-nə qədər Varşavada (Polşa) “Birbaşa dəmir yolu bağlantısı haqqında konvensiya” mətninin qəbuluna dair beynəlxalq konfransın III sessiyası keçirilib.
İnfrastruktur
5 Dekabr , 2017 11:42
“Birbaşa dəmir yolu bağlantısı haqqında konvensiya” Varşavada müzakirə olunub
Ady.az

Bakı. 5 dekabr. REPORT.AZ/ Noyabrın 27-dən dekabrın 1-nə qədər Varşavada (Polşa) “Birbaşa dəmir yolu bağlantısı haqqında konvensiya” mətninin qəbuluna dair beynəlxalq konfransın III sessiyası keçirilib.

“Report” bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, sessiyada Dəmir Yolları Əməkdaşlıq Təşkilatına (DYƏT) üzv olan 22 ölkənin nümayəndə heyətləri iştirak ediblər. Azərbaycanı bu tədbirdə ADY-nin Hüquq şöbəsinin rəisi Nicat Quliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Heyətin tərkibinə Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin böyük məsləhətçisi Ayxan Əlməmmədov, ADY-nin Maliyyə idarəsinin rəisi Fuad Səfərov və onun müavini Azad Hüseynov daxil olub.

Konfransda həmçinin Cənubi Koreyanın, Avropa İttifaqının, beynəlxalq dəmir yolu daşımalarına dair hökümətlərarası təşkilatın və DYƏT Komitəsinin nümayəndələri iştirak ediblər. Sessiyada konvensiyanın əsas mətni və beynəlxalq konfransın IV sessiyasının tarixi və gündəliyi müzakirə olunub.

Uzun müzakirələr və səsvermələr nəticəsində konvensiyanın “DYƏT Komitəsi” bölümünə aid maddələrin çoxu təsdiq edilib. Beynəlxalq konfransın IV sessiyasının gələn il martın 26-dan 30-na qədər Varşavada keçirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi