Bir sıra müntəzəm marşut xətləri yeni daşıyıcıların istismarına verilə bilər

Bir sıra müntəzəm marşut xətləri yeni daşıyıcıların istismarına verilə bilər Bakı Nəqliyyat Agentliyi (BNA) xəbardarlıq etdiyi 10 müntəzəm marşrut xətti fəaliyyətlərində müsbətə doğru dəyişiklik etməyiblərsə, onlara qarşı qanunvericikdə müəyyən edilmiş tədbirlər görüləcək. Onların istimarında olan həmin marşrut xətti yeni daşıyıcı
İnfrastruktur
30 Oktyabr , 2021 14:07
Bir sıra müntəzəm marşut xətləri yeni daşıyıcıların istismarına verilə bilər

Bakı Nəqliyyat Agentliyi (BNA) xəbardarlıq etdiyi 10 müntəzəm marşrut xətti fəaliyyətlərində müsbətə doğru dəyişiklik etməyiblərsə, onlara qarşı qanunvericikdə müəyyən edilmiş tədbirlər görüləcək. Onların istimarında olan həmin marşrut xətti yeni daşıyıcıların müəyyənləşdirilməsi üçün müsabiqəyə çıxarılacaq.

Bunu “Report”a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu, o demək deyil ki, sadəcə 10 xətlə bağlı narazılıq var idi: “Elə xətlər var ki, həmin müntəzəm marşrutlarla bağlı Çağrı Mərkəzinə müraciət edilir".

M.Ağayev xatırladıb ki, sosial şəbəkələr üzərindən gələn şikayətləri təhlil edərkən insanların xidmətindən daha çox narazı qaldığı 10-a yaxın müntəzəm marşrut xətti müəyyənləşdirilib: “Bir aydan sonra daşıyıcıların fəaliyyəti yenidən monitorinq ediləcək”.

Son xəbərlər

Orphus sistemi