Çinin Honkonq şəhərində "Bir kəmər-bir yol" Beynəlxalq Sammiti keçiriləcək

Çinin Honkonq şəhərində "Bir kəmər-bir yol" Beynəlxalq Sammiti keçiriləcək Çinin Honkonq şəhərində Bir kəmər-bir yol Beynəlxalq Sammiti keçiriləcək.
İnfrastruktur
3 Sentyabr , 2019 10:43
Çinin Honkonq şəhərində Bir kəmər-bir yol Beynəlxalq Sammiti keçiriləcək

Çinin Honkonq şəhərində "Bir kəmər-bir yol" Beynəlxalq Sammiti keçiriləcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, sammit sentyabrın 11-12-i tarixlərində baş tutacaq.

Sonuncu dəfə "Bir kəmər-bir yol" layihəsi üzrə forum bu ilin aprelin 26-da Çində keçirilmişdi.

Xatırladaq ki, Çin Xalq Respublikası 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. 

Son xəbərlər

Orphus sistemi