​Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə ikinci konteyner qatarı Azərbaycan ərazisindən keçməklə Gürcüstana çatıb

​Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə ikinci konteyner qatarı Azərbaycan ərazisindən keçməklə Gürcüstana çatıb Bundan əvvəlki ilk qatar avqustda Bakıya gəlib
İnfrastruktur
3 Oktyabr , 2015 13:31
​Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə ikinci konteyner qatarı Azərbaycan ərazisindən keçməklə Gürcüstana çatıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu gün Şixezi (Çin) - Dostık - Aktau - Ələt - Poti limanı istiqamətində hərəkət edən ikinci konteyner qatarı mənzil başına çatıb. "Azərbaycan Dəmir Yolları" QSC-ni mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a vediyi xəbərə görə, Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Vilayətinin Alaşanko eksport stansiyasından çıxan 44 ədəd vaqondan ibarət olan konteyner qatarı Azərbaycan ərazisindən tranzit olaraq keçməklə 8 gün ərzində Gürcüstanın Tbilisi-Uzlovaya stansiyasına gəlib.

Qeyd edək ki, əvvəllər belə qatarlar alternativ marşrutlarla 25-40 gün müddətində Bəndər-Abbas və Poti Limanları vasitəsilə daşınırdılar. 

Xatırladaq ki, bu il avqustun 3-də Şixezi (Çin) - Dostık -Aktau - Ələt limanı marşrutu üzrə hərəkət edən ilk sınaq konteyner qatarı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb.

Qeyd olunan konteyner qatarının fəaliyyəti dəmir yolları rəhbərlərinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclaslarında əldə etdikləri çevik tarif siyasəti və əlverişli texniki şəraitin yaradılması ilə bağlı danışıqların nəticəsi olaraq "Qazaxıstan Temir Jolı" SC, "Çin Dəmir Yolları" (ÇSR) "Azərbaycan Dəmir Yolları" QSC və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi