Bəxtiyar Məmmədov: “COP29-la bağlı Bakı metrosunda iş rejimi dəyişməyəcək”

Bəxtiyar Məmmədov: “COP29-la bağlı Bakı metrosunda iş rejimi dəyişməyəcək” Hazırda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı “Bakı Metropoliteni” QSC-nin iş rejimində hər hansı dəyişiklik nəzərdə tutulmayıb.
İnfrastruktur
13 Sentyabr , 2024 15:18
Bəxtiyar Məmmədov: “COP29-la bağlı Bakı metrosunda iş rejimi dəyişməyəcək”

Hazırda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı “Bakı Metropoliteni” QSC-nin iş rejimində hər hansı dəyişiklik nəzərdə tutulmayıb.

“Report” xəbər verir ki, bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, COP29 ərəfəsində Bakıya gələcək qonaqların sayı kifayət qədər çox olacaq: “Bununla əlaqədar yerüstü şəhər infrastrukturunun fəaliyyət rejiminə uyğun olaraq metroda müvafiq tənzimləmələrin hər biri tətbiq olunacaq. Hazırda bütün qurumlarla intensiv əlaqələrin təmin edilməsi, o cümlədən COP29 Əməliyyat Şirkəti ilə məsləhətləşmələr, tövsiyələrin alınması, müxtəlif məlumatların toplanması mərhələsi davam edir. COP29 dövründə həm qonaqların, həm də Bakı metrosundan daimi istifadə edən sərnişinlərin rahatlığı məqsədilə bütün tədbirlər görüləcək”.

Son xəbərlər

Orphus sistemi