Basqal qoruğu və Salyan şəhərinin su-kanalizasiya sistemi yenidən qurulur

Basqal qoruğu və Salyan şəhərinin su-kanalizasiya sistemi yenidən qurulur "Azərsu" ASC dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində “"Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunun (1) və Salyan şəhərinin (2) su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün dəyəri 3 milyon ABŞ dollarının manat ekvi
İnfrastruktur
2 İyun , 2021 15:30
Basqal qoruğu və Salyan şəhərinin su-kanalizasiya sistemi yenidən qurulur

"Azərsu" ASC dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunun (1) və Salyan şəhərinin (2) su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan 2 açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderlərin hər ikisində iştirak haqqı 500 manatdır.

İddiaçılar ilkin sənədləri iyulun 16-sı, saat 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 29-u, saat 16:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Telefon : (12) 431-47-67.

Təkliflərə iyulun 30-da, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi