“BakuBus”da növbəti dezinfeksiya tədbirləri həyata keçirilib - FOTO

“BakuBus”da növbəti dezinfeksiya tədbirləri həyata keçirilib - FOTO Bakı Nəqliyyat Agentliyi (BNA) Azərbaycanda koronavirus infeksiyasının qarşısının alınmasına töhfə vermək məqsədilə avtobuslarda dezinfeksiya işlərini davam etdirir.
İnfrastruktur
17 Mart , 2020 15:21
“BakuBus”da növbəti dezinfeksiya tədbirləri həyata keçirilib - FOTO
Report / Firudin Səlimov

Bakı Nəqliyyat Agentliyi (BNA) Azərbaycanda koronavirus infeksiyasının qarşısının alınmasına töhfə vermək məqsədilə avtobuslarda dezinfeksiya işlərini davam etdirir. 

"Report" xəbər verir ki, bu işlər gecə saatlarında, avtobusların gündəlik təmizliyi başa çatdıqdan sonra xüsusi dərman məhlullardan istifadə olunmaqla həyata keçirilir. 

İndiyə qədər 2 100 avtobusda dezinfeksiya işləri aparılıb. Dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılması ilə bağlı daşıyıcılarla görüş keçirilir və müvafiq tapşırıqlar verilir.

Ötən gün “BakuBus” MMC-də də dezinfeksiya işləri aparılıb. İnsanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə Hava limanı ekspress xətt avtobusları dezinfeksiya edilib.

Xatırladaq ki, Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli qərarına əsasən gündəlik olaraq, avtobuslar xətdən qayıtdıqdan sonra istehsalat bazasında təmizlənməlidir. Həmçinin hər bir daşıyıcı mütləq şəkildə iki aydan az olmamaq şərti ilə avtobusların ümumi dezinfeksiyasını təşkil etməlidir. Əgər müvafiq səhiyyə qurumunun tövsiyəsi olarsa, bu halda həm avtobuslarda, həm də Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində əlavə dezinfeksiya işləri görülə bilər.

BNA "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində də dezinfeksiya işləri aparır. İşlər hər həftənin şənbə günü, gecə saatlarına olur. Burada da əsas məqsəd sərnişinləri narahat etməməkdir. Perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilir.

Son xəbərlər

Orphus sistemi