Bakıya yeni avtobusların gətirilməsinə başlanılıb

Bakıya yeni avtobusların gətirilməsinə başlanılıb “Azərbaycanın Türkiyədən aldığı yeni avtobusların ölkəyə gətirilməsinə başlanılıb”.
İnfrastruktur
29 Oktyabr , 2021 16:59
Bakıya yeni avtobusların gətirilməsinə başlanılıb
0 : 00
0 : 00

“Azərbaycanın Türkiyədən aldığı yeni avtobusların ölkəyə gətirilməsinə başlanılıb”.

Bunu "Report"a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

"Ötən il dekabrın 10-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə təşkil olunan mərasimdə BNA ilə Türkiyənin “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında 320 ədəd orta və iritutumlu avtobusun alınması ilə bağlı müqavilə imzalanıb. Həmin müqaviləyə uyğun olaraq avtobusların Bakıya gətirilməsinə başlanılıb. Həmin avtobusların 150 ədədi 12 metrlik, 170 ədədi isə 9 metrlik avtobuslardır. İlkin mərhələdə 12 metrlik avtobuslar gətirilir. Avtobusların çatdırılması istehsalçı şirkətin bizə təqdim etdiyi qrafikə uyğun olaraq həyata keçirilir. Yeni avtobuslar hələ ki, xəttə buraxılmayıb”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi