Bakının yollarında hərəkət qismən məhdudlaşdırılır

Bakının yollarında hərəkət qismən məhdudlaşdırılır Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən üfiqi nişanlama xətlərinin çəkilişi işləri ilə əlaqədar olaraq Binəqədi-Mehdiabad avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.
İnfrastruktur
20 Dekabr , 2017 12:03
Bakının yollarında hərəkət qismən məhdudlaşdırılır
Report

Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən üfiqi nişanlama xətlərinin çəkilişi işləri ilə əlaqədar olaraq Binəqədi-Mehdiabad avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

“Report” quruma istinadən xəbər verir ki, məhdudlaşdırma bu gün axşam saatlarına qədər qüvvədə olacaq.

Bundan başqa bu gün saat 22:00-dan etibarən Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Binəqədi şosesinədək olan hissəsində, həmçinin Binəqədi şosesində də yolcizgi və yolgöstərici xətlərinin rənglənməsi işləri aparılacaq. Aparılan işlərlə əlaqədar olaraq sözügedən yollarda hərəkət qismən məhdudlaşdırılacaq. Məhdudlaşdırma səhər saatlarına qədər qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan işləri nəzərə alaraq sözügedən istiqamətlərdə diqqətli olmaları və hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi