Bakının Həsən Əliyev küçəsindəki dairədə maşınla hərəkət məhdudlaşdırılacaq
İnfrastruktur
- 14 mart, 2025
- 14:15
Martın 17-də, saat 06:00-dan Bakının Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb Həsən Əliyev küçəsi - "Koroğlu" metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonunun Əhməd Rəcəbli və Mirzə Uluqbəy küçələrinin kəsişməsindəki ("Şəki" restoranının qarşısında) dairədə aparılan əsaslı yenidənqurma işləridir.
"Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına, tikinti ərazisində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.
Son xəbərlər
20:36
Zelenski: Liderlərin görüşü olmadan ərazi məsələsinin həlli mümkün deyil
Digər ölkələr20:21
İranın iki şəhərində baş verən partlayışlarda 5 nəfər həlak olub, daha 19 nəfər yaralanıb – YENİLƏNİB-2
Region20:15
Azərbaycan Basketbol Liqası: "Sabah" "Abşeron Lions"u məğlub edib
Komanda20:09
KİV: Avropa liderləri Trampa qarşı mübarizə planı hazırlayıblar
Digər ölkələr19:53
Türkiyədə əcnəbi tələbələri daşıyan mikroavtobus aşıb: 17 nəfər yaralanıb
Region19:50
Kiyevin enerji sistemi bərpa olunur
Digər ölkələr19:37
Foto
Bakıda Vəkillər Kollegiyası üzvlərinin konfransı keçirilib - YENİLƏNİB
Daxili siyasət19:32
Pakistanda terror hücumları nəticəsində 80-dən çox insan həlak olub - YENİLƏNİB
Digər ölkələr19:17